Zəngəzur dəhlizi açılır - ADI BELƏ OLACAQ

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək görüş sülh çərçivə sənədinin imzalanması ilə yekunlaşacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. ABŞ rəsmilərinin açıqlamasına görə, sənəddə Cənubi Qafqazda yerləşən və strateji əhəmiyyət daşıyan tranzit dəhlizi (Zəngəzur dəhlizi - red.) üzrə xüsusi inkişaf hüquqlarının ABŞ-a verilməsi də nəzərdə tutulur. Dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılacaq. İmzalanacaq çərçivə sənədi Ermənistan və Azərbaycan arasında “sülhə konkret yol xəritəsi”ni müəyyən etməyi və uzun illərdir mübahisə mövzusu olan tranzit dəhlizi məsələsini həll etməyi hədəfləyir. Dəhliz çərçivəsində Ermənistan ABŞ-a uzunmüddətli infrastruktur və idarəetmə hüquqları verməyə razılaşıb. ABŞ bu dəhlizi kommersiya əsaslı subpodratçılara icarəyə verəcək. Trampın vasitəçiliyi ilə baş tutan görüş çərçivəsində Ermənistan və Azərbaycan liderləri həmçinin ATƏT-in 1992-ci ildə yaradılmış və Fransa, Rusiya, ABŞ-ın həmsədr olduğu Minsk Qrupunun rəsmi olaraq buraxılması üçün sənəd imzalayacaqlar.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












