Zəngəzur dəhlizi beynəlxalq münasibətlərdə niyə bu qədər önəmlidir? - Ekspert AÇIQLADI

Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat və kommunikasiya xətləri dövlətlər arasında əlaqələrin qurulmasında və inkişafında mühüm rol oynayır. Buna görə də Zəngəzur dəhlizi anlayışı regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşması ilə bağlı tez-tez müzakirə olunan mövzulardan birinə çevrilib. Sözügedən dəhliz yalnız coğrafi məkanları birləşdirən bir yol kimi deyil, həm də dövlətlərarası münasibətlərin yenidən qurulmasına təsir edən mühüm faktor kimi qiymətləndirilir.
Görəsən, dəhliz anlayışı beynəlxalq münasibətlərdə nəyi ifadə edir və niyə bu qədər önəmlidir?
Məsələ ilə bağlı siyasi şərhçi Aydın Tağıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi beynəlxalq münasibətlərdə sadəcə bir nəqliyyat layihəsi deyil, Cənubi Qafqazın geosiyasi arxitekturasını dəyişdirə biləcək strateji açardır:

“Onun əhəmiyyəti həm iqtisadi, həm də siyasi müstəvidədir, lakin böyük dövlətlərin marağı daha çox siyasi təsir və regional güc balansı ilə bağlıdır. Zəngəzur dəhlizinin geniş mahiyyətə malikdir. Coğrafi nəzər salsaq, dəhliz Azərbaycanı Naxçıvanla birləşdirərək Türkiyə ilə birbaşa quru əlaqəsi yaradır. Bu, Cənubi Qafqazda yeni kommunikasiya xətti deməkdir. Buranın çox əhəmiyyətli regional təsiri var. Bölgənin çox böyük iqtisadi potensialı var. Bu dəhliz vastəsi ilə Asiya-Avropa yük axınlarını sürətlənə bilər. Görünən odur ki, Zəngəzur dəhlizi Azərbaycan-Türkiyə strateji ittifaqını möhkəmləndirir, Ermənistanın manevr imkanlarını azaldır, güc balansını dəyişdirir, Rusiya və İran üçün strateji təzyiq yaradır. Burda iqtisadi faydalar mövcuddur, lakin siyasi nəticələr daha dərindir. Zəngəzur dəhlizi əslində Cənubi Qafqazın yeni geosiyasi şah damarı kimi dəyərləndirmək olar. Azərbaycan və Türkiyə üçün bu, milli maraqların və regional liderliyin güclənməsi deməkdir. Ermənistan üçün isə strateji təzyiq və seçim məhdudiyyəti yaradır. Rusiya və İranın narahatlığı, Qərbin və Çinin marağı göstərir ki, dəhliz təkcə regional deyil, qlobal güc mübarizəsinin bir parçasıdır”.
Nurcan Babək
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












