Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 10-da Əbu-Dabidə (BƏƏ) keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu iddia ilə "Respublika Meydanı" Teleqram kanalı (Ermənistan) çıxış edib.
Kanal bildirib ki, görüşdən sonra kommunikasiyaların açılması ilə bağlı müsbət mesajlar səsləndirən İrəvan Zəngəzur dəhlizini Azərbaycan və Türkiyəyə təhvil verməyə hazırlaşır. pizza
"Əliyev və Paşinyan Əbu-Dabidə mühüm qərara gəlib. Bu qərara əsasən, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizini təhvil verir", - məlumatda deyilir.
Mənbə razılaşmanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması çərçivəsində əldə edildiyini vurğulayır.
Teleqram kanalı dəhlizə nəzarətlə bağlı Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın sözlərinə də diqqət çəkir. Erməni diplomat kommunikasiyanın (Zəngəzur dəhlizi) beynəlxalq şirkətin nəzarəti altında fəaliyyət göstərə biləcəyini istisna etməyib.
Mənbənin iddiasına görə, söhbət nəzarətin ABŞ şirkətinə verilməsindən gedir:
"Paşinyan və komandası Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə hazırdır. Yəni Rusiyanın Ermənistandan qovulmasının əsası qoyulur”.
Məqalədə təkcə Rusiyanın yox, İranın da Zəngəzur dəhlizindən kənarda qalacağı bildirilir.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












