Zəngəzur dəhlizi nə zaman işə düşəcək? - AÇIQLAMA

Avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra Zəngəzur dəhlizi ilə bağlı vəziyyət maraq doğurur. Belə ki, çoxdandır gözlənilən kommunikasiyaların nə vaxt açılacağı müzakirə mövzusudur. Avtosfer.az xəbər verir ki, politoloq Oktay Qasımov "Bakupost"a açıqlamasında bu kontekstdə Zəngəzur dəhlizinin bərpası və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb. O bildirib ki, dəhlizin bərpası üçün bir qədər vaxt lazımdır:

“Zəngəzur dəhlizi vaxtilə işlək bir kommunikasiya xətti olub, oradan həm avtomobil, həm də dəmir yolu xətti keçib. Azərbaycan əraziləri işğal olunandan sonra Ermənistanın o zamankı cinayətkar hakimiyyətlərindən olan Serj Sərkisyanın dövründə həm Azərbaycan, həm də Ermənistan ərazilərindəki dəmir yolu relsləri sökülərək satılıb. İndi onun yenidən bərpasına ehtiyac var. Bunun üçün bir neçə mərhələdə proses getməlidir. İlk mərhələ maddi-texniki əsaslandırma olmalıdır. Yəni, hesablanmalıdır ki, burada nə qədər vəsait tələb olunur. Proseslərə start verilsə, hesab edirəm ki, təxminən 2 ilə yaxın vaxt lazımdır. Gücləndirilmiş rejim olarsa, proses bir qədər tez başa çata bilər”.
Oktay Qasımov Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı da fikirlər səsləndirib. Politoloqun sözlərinə görə, hökmən Ermənistan konstitusiyası dəyişdirilməlidir:
“Yekun sülh müqaviləsi Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsindən sonra baş tuta bilər. Əgər Ermənistan 3 ay sonra referendum keçirib konstitusiya dəyişikliklərini həyata keçirsə, Azərbaycan yekun sülhə hazırdır. Azərbaycan Prezidenti özü də müsahibəsində bəyan etdi ki, konstitusiya dəyişiklikləri həyata keçirilən an biz bu sənədi imzalamağa hazırıq. Bu isə Ermənistandakı siyasi şəraitdən asılı olacaq. Orada hazırda kifayət qədər mürəkkəb proseslər gedir. Eyni zamanda prosesə kənar təsirlərin olacağını da nəzərə almalıyıq. Bu baxımdan düşünürəm ki, Ermənistan parlament seçkilərindən sonra bunu reallaşdıra bilər. Yəni, seçkilərdə Paşinyanın komandası qalib gələcəksə, hakimiyyət davam edəcəksə, o zaman o, konstitusiya dəyişikliklərini həyata keçirmək üçün referenduma gedə bilər. Əks halda fərqli bir mənzərənin şahidi ola bilərik”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












