Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur - Türkiyənin vitse-prezidenti

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Zəngəzur dəhlizini Anadolu bölgələrinin gələcək inkişafını stimullaşdıracaq əhəmiyyətli nəqliyyat və logistika marşrutu hesab edir.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Diyarbəkir vilayətinə səfəri zamanı C.Yılmaz Türkiyənin şərqi və cənub-şərqini beynəlxalq ticarət şəbəkələrinə inteqrasiya etmək planlarını açıqlayıb.
“Bu kontekstdə üç strateji logistika marşrutu diqqət çəkir. “İnkişaf Yolu” layihəsi: Türkiyədən tutmuş İraqın cənubuna qədər, bu yalnız Yaxın Şərqdən yük daşınması üçün deyil, həm də enerji daşıyıcılar təchizatı üçün vacibdir. Digəri Türkiyə ilə türk dövlətləri arasında birbaşa əlaqə təmin etməklə Orta Dəhlizi gücləndirmək üçün nəzərdə tutulmuş Zəngəzur dəhlizi, nəhayət, Suriya marşrutu, yəni Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanının Hicaz bölgəsini birləşdirən Hicaz dəmir yolunun bərpası”, - deyə siyasətçi sadalayıb.
Türkiyənin vitse-prezidenti qeyd edib ki, hər üç təşəbbüs təkcə iqtisadi baxımdan deyil, həm də regional sabitlik baxımından xüsusi əhəmiyyət kəsb edir: “Əminəm ki, logistika marşrutlarının və ticarət dəhlizlərinin inkişafı həm Türkiyənin, həm də bütövlükdə regionun rifahının yaxşılaşdırılmasına yönəlib. Heç bir region qonşuları ilə güclü ticarət əlaqələri olmadan davamlı inkişafa nail olmaq mümkün deyil”.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI













