Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın sözçüsü Nazeli Baqdasaryanın bugünkü açıqlaması dəhlizin açılacağı ilə bağlı heç bir şübhə yeri qoymayıb:
“Bundan əvvəl autsorsinqdən söhbət gedirdisə, indi bu, dövriyyəyə buraxılır: icarə, lizinq, tikinti hüquqları... Və onun dediyi kimi, başqa məna ifadə edə biləcək digər nüanslar. Baqdasaryanın sözlərindən belə çıxır ki, (Qərbi Zəngəzurdan keçəcək) dəmir yolu, boru kəməri və elektrik xətlərinin idarəçiliyi kənar bir şirkətə verilə bilər. Başqa sözlə, artıq aydındır ki, Zəngəzur dəhlizinə minlərlə ad qoya bilərlər, amma fakt birdir: təhvil verilir”.
Mənbənin fikrincə, Paşinyanın sözçüsünün açıqlaması dəhlizin təhvil veriləcəyinin rəsmi anonsudur.
N.Baqdasaryan bundan əvvəl dəhlizə nəzarətin xarici şirkətə verilməsi ilə bağlı KİV-lərdə yayılan iddianı şərh edərkən söyləmişdi ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç vaxt və heç kimə verilə bilməz, amma avtomobil və dəmir yollarının, eləcə də digər infrastrukturun istismar və idarəçiliyi özəl şirkətlərə həvalə oluna bilər:
“Bu, uzun illərdir tətbiq edilən normal bir praktikadır".
Xatırladaq ki, daha öncə ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak bəyan etmişdi ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Diplomat vurğulamışdı ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












