Zəngəzur dəhlizinə ABŞ-ın nəzarət etməsi ilə bağlı MÜHÜM DETALLAR

“Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı yayılan məlumatlar hələlik təsdiqlənməyib”.
Avtosfer.az xəbər verir ki, bu fikiri "Konkret.az"a açıqlamasında politoloq Samir Hümbətov səsləndirib:
“Bu barədə yayılan informasiyalar rəsmi xarakter daşımır və nə dərəcədə doğru olub-olmaması sual altındadır”.
Onun sözlərinə görə, ABŞ-dan daha çox Azərbaycan və Ermənistan arasında birbaşa razılaşma ehtimalı var:
“Əgər tərəflər arasında razılaşma olmasa, digər alternativlərin də müzakirə edilməsi mümükündür. ABŞ şirkətinin Zəngəzura nəzarət etməsi hazırda aktiv müzakirə olunan məsələ deyil. Əgər belə bir hal olsa belə, həmin şirkət burada gəlib özbaşına hərəkət edə bilməz. Hər şey Azərbaycan və Ermənistanın qoyduğu şərtlər əsasında reallaşacaq”.
Politoloq qeyd edib ki, eyni zamanda bu prosesə Türkiyənin də cəlb olunması gözlənilir:
“Həm Azərbaycan, həm Ermənistan tərəfindən nümayəndələrin iştirakı da istisna deyil. Amma yekun qərar razılaşmanın mətni əsasında veriləcək. Bizim üçün əsas hədəf Naxçıvanla Azərbaycanın qərb rayonları arasında birbaşa çıxışı təmin etməkdir. Hər halda ABŞ şirkətinə belə bir icazə verilərsə, bütün bu məsələlər razılaşdırılacaq. Azərbaycan tərəfi milli maraqlardan kənara çıxacaq addım atmaz”.
Samir Hümbətov əlavə edib ki, əgər razılaşmanın şərtləri yerinə yetirilməsə, həmin şirkətin bölgədən çıxarılması da mümkündür:
“Necə ki, Rusiya Qarabağda razılaşmalara əməl etmədi və bölgədən çıxarıldı, burada da belə bir mexanizm işləyə bilər. Əsas məsələ təhlükəsizlik və razılaşma şərtlərinin təmin olunmasıdır. Yalnız bundan sonra qərar qəbul edilə bilər”.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












