Zəngəzur dəhlizinin açılması önəmlidir – TDT Baş katibinin müavini

Çinlə Avropa arasında ən qısa ticarət yolu Orta Dəhliz vasitəsilə, yəni TDT-yə üzv ölkələrin yerləşdiyi coğrafiyadan keçməklə mümkündür.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Ömer Kocaman danışıb.
O qeyd edib ki, Orta Dəhlizin türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Çin bu gün qlobal gücdür və böyük istehsal potensialı var. Çin ilə Avropa və dünya arasındakı ticarət əlaqələri mütəmadi olaraq genişlənir. Bu gün yükdaşımalar müxtəlif dəhlizlər vasitəsilə həyata keçirilir. Bildiyiniz kimi, Şimal dəhlizi Rusiya-Ukrayna müharibəsi səbəbindən işləkliyini itirib. Həmçinin dəniz daşımalarında da problemlər var və ümumiyyətlə, dəniz nəqliyyatı daha çox vaxt tələb edir. Hazırda isə vaxt çox önəmli məsələdir. Xəritəyə baxdıqda görürük ki, Çinlə Avropa arasında ən qısa ticarət yolu Orta Dəhliz vasitəsilə, yəni bizim üzv ölkələrimizin yerləşdiyi coğrafiyadan keçməklə mümkündür”.
Müsahib vurğulayıb ki, TDT-yə üzv ölkələr son illərdə bununla bağlı əsaslı infrastruktur investisiyaları qoyub, limanlar açıblar və indinin özündə belə Orta Dəhlizlə ticarətin inkişafı üçün işlər həyata keçirilir:
“Azərbaycan artıq ikinci limanı işlək hala gətirib. Bundan əvvəl Qazaxıstan ikinci limanı istifadəyə vermişdi. Bunların hamısı yükdaşımaların TDT-yə üzv ölkələrin ərazisindən keçməsi üçün edilir. Çünki bu, iqtisadi qazancdır, dünya ticarətində və bölgə siyasətində söz sahibi olmaqdır. Ona görə də böyük əhəmiyyət kəsb edir”.
O.Kocaman Zəngəzur dəhlizinin önəmindən də söz açaraq bu dəhlizin açılmasını dəstəklədiklərini bildirib:
“Bu, Türkiyə ilə TDT-yə üzv ölkələr arasındakı birbaşa əlaqə baxımından çox önəmlidir. Ona görə də son hadisələri - Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını yaxından izləyirik. Zəngəzur dəhlizi məsələsinə həll yolunun tapılacağına ümid edirik. Onun açılması türk dünyasında, xüsusilə, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verər. Üzv ölkələrimiz bunun fərqindədirlər və dəhlizin açılmasını arzulayırlar”.
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq










