Zəngəzurdan qaçışın qiyməti açıqlandı - 4–5 il və 2,5 milyard

İrana dəmir yolunun yalnız Ermənistan ərazisindən çəkilməsi variantı İrəvan üçün son dərəcə baha başa gələ bilər. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistan Milli Assambleyasının sabiq deputatı, Aram Manukyan bu marşrutun təxminən 2,5 milyard dollar maliyyət tələb edəcəyini açıqlayıb. O, bu barədə danışarkən bildirib ki, layihənin icra müddəti 4–5 il təşkil edə bilər. Manukyanın sözlərinə görə, sözügedən təşəbbüs daha əvvəl partiyanın seçki proqramına daxil edilib. Sabiq deputat vurğulayıb ki, layihə iqtisadi baxımdan deyil, daha çox siyasi məntiqə əsaslanır. Onun fikrincə, layihə reallaşarsa, Ermənistan özünü “Şimal–Cənub” və “Qərb–Şərq” nəqliyyat marşrutlarının kəsişməsində yerləşən əsas tranzit qovşağı kimi təqdim edə bilər. Bu yanaşma regionda əsas müzakirə mövzusu olan Zəngəzur dəhlizinə alternativ kimi irəli sürülür və İrəvanın geosiyasi mövqelərini gücləndirməyə hesablanıb. Lakin açıqlanan rəqəmlər göstərir ki, Zəngəzurdan yan keçmək Ermənistan üçün həm baha, həm də risklidir.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












