Zəngilanda "Son zəng" - Polis təhlükəsizliyi belə təmin etdi - FOTO - VİDEO

Şərqi Zəngəzurda Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində bu gün “Son zəng” tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, Ağalı kənd tam orta məktəbində təşkil olunan tədbirdə Zəngilan Rayon Təhsil Şöbəsinin rəhbərliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib.
Rəsmi hissədən sonra məktəblilər müxtəlif bədii proqramlarla çıxış ediblər. Məzunlar hazırladıqları kompozisiyalar və səhnəciklərlə məktəb illərini əks etdirən nömrələr təqdim ediblər. Birinci sinif şagirdlərinin rəqs çıxışları isə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Çıxış edən qonaqlar məzunları təbrik edərək onlara gələcək həyatlarında və ali təhsil yolunda uğurlar arzulayıblar.
Bildirilib ki, bu il Ağalı kənd tam orta məktəbini 7 nəfər məzun bitirir. Hazırda məktəbdə 300-ə yaxın şagird təhsil alır.
Qeyd edək ki, tədbirin təhlükəsizliyi Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təmin olunub. Polis əməkdaşları tədbir müddətində əraziyə nəzarət edərək ictimai asayişin qorunmasını və hər hansı neqativ halın baş verməməsini təmin ediblər.
Səfər
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür






















