"Zəngilana düşən bu strateji layihə məni çox qürurlandırır" - Elməddin Muradlı

Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşdə bildirib ki, Zəngilan yaxın illərdə mühüm nəqliyyat mərkəzinə çevriləcək. Dövlət başçısının sözlərinə görə, həm Zəngəzur, həm də Araz dəhlizləri bu bölgədən keçəcək və bu, regionun, eləcə də bütün Qarabağ və Şərqi Zəngəzurun gələcəyini parlaq edəcək.
Bu dəhlizlər regiondaxili və beynəlxalq yükdaşımada hansı üstünlükləri yaradacaq?
Avtosfer.az-ın məlumatına görə, "Redaktor.az"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Zəngəzur dəhlizinin əsas hissəsi Zəngilan rayonu ərazisindən keçir:

"Dəmir yolu və avtomobil yolu bu ərazidən keçməklə Azərbaycanın bir hissəsini digər hissəsi ilə, yəni Naxçıvanla birləşdirir. Bölgə üçün bu dəhlizin üstünlükləri kifayət qədər çoxdur. Prezidentin də qeyd etdiyi kimi, Zəngilan strateji məkan kimi qəbul olunur və bu, regionda böyük iqtisadi inkişafa gətirib çıxaracaq. Artıq dəmir yolunun böyük bir hissəsi çəkilib, avtomobil yolu isə tamamlanmaq üzrədir. Azərbaycana aid hissədə işlər demək olar ki, bitib. Türkiyə tərəfi də öz üzərinə düşən işi yerinə yetirib. Ermənistan tərəfindən də artıq ciddi maneə qalmayıb, revanşistlərin planı çıxmaq şərtilə ümumi yanaşma müsbətdir və onlar da başa düşürlər ki, dəhliz işləməlidir".
Müsahibimizin fikrincə, Zəngilana bağlı hissədə doğru planlaşdırma aparılsa, region üçün iqtisadi göstəricilər daha böyük olacaq.
"Burada əsas diqqət nəqliyyata, xüsusilə yük daşımalara yönəlir. Tranzit yükdaşımalar və yerli əhəmiyyətli yükdaşımaları da nəzərdə tutulur. Şəxsən mənim doğulduğum Zəngilana düşən bu strateji layihə məni çox qürurlandırır. Bölgənin inkişafı yalnız yerli əhəmiyyət daşımır, bütün ölkə üçün böyük önəm kəsb edəcək", - deyə Elməddin Muradlı vurğuladı.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












