Zərbədən ölən boksçunun anası danışdı - FOTO

Karyerası ərzində bir dəfə də məğlub olmayan, 11 qələbə və 1 bərabərlik əldə etmiş Maykl Touellin əvvəllər xəstə olduğu aşkarlanıb. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, 2016-cı ilin sentyabrın 30-da uelsli Deyl Evansla qarşılaşmada ağır travma alaraq vəfat edən 25 yaşlı şotlandiyalı boksçu Maykl Touellin anası ilk dəfə oğlu ilə bağlı danışıb. Anası bildirib: “Oğlum boksla yaşayırdı. Həkimlər də ona boksu yasaqlamışdılar. 2013-cü ilin mayında oğlum yatanda çarpayıdan yıxıldı. Vəziyyəti pis idi, özündə deyildi. Təcili yardım çağırdıq, Mayklı hospitala apardılar. Orada dedilər ki, epilepsiyası var, boksdan əl çəkməlidir. Maykl isə qulaq asmadı. Ağır məşqlər edir, sərt pəhriz saxlayırdı. Sonra da Evansla döyüşə çıxdı. Son döyüşü oldu”. Xatırladaq ki, Qlazqodakı “Radisson Blue” otelindəki döyüşün birinci raundunda nokdauna düşən Maykl özünə gəlmiş və mübarizəni davam etdirmişdi. 5-ci raundda Evans onu yenidən nokdauna salanda referi matçı dayandırmışdı. Boksçu xəstəxanaya aparılmış və reanimasiya bölməsində keçinmişdi.



Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












