Zərgərlik məmulatını qanunsuz yolla gətirilməsinin qarşısı alınıb - FOTO

Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş əl çantasını rentgen aparatından keçirib, gömrük nəzarətini tərk etmək istəyərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub. Vətəndaş əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş və içərisində 7 ədəd üzük, 7 cüt sırğa, 5 ədəd qolbaq, 3 ədəd kulonlu boyunbağı olan sellofan paketi şalvarının arxa cibindən çıxararaq gömrük əməkdaşına təqdim edib. Aşkar edilən predmetlər ümumi çəkisi 154,0 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatıdır. Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












