Zərgərlik məmulatları gətirən şəxs hava limanında saxlanılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl çantası rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Eyni zamanda vətəndaşın özü portativ metalaxtaran detektor vasitəsilə yoxlanılarkən cihaz reaksiya verib. Bu səbəbdən vətəndaşın həm əl yükünə, həm də üzərinə təkrar baxış keçirilib. Təkrar yoxlama zamanı, əl çantasında əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, sifahi, elektron və ya yazılı formada bəyan edilməmiş 8 ədəd qızıl külçə və 5 ədəd qızıl üzük aşkar edilib. Vətəndaşın üzərində şəxsi yoxlama başlamazdan əvvəl isə ona gömrüyə bəyan olunası əşyaları təqdim etmək təklif olunub. Bu zaman xanım vətəndaş qolundakı 6 ədəd, sinəsindəki 3 ədəd, şalvarının ciblərindəki 5 ədəd qızıl qolbaqları çıxararaq gömrük əməkdaşına təqdim edib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən 8 ədəd külçənin ümumi çəkisi 80,05 qram, zərgərlik məmulatının ümumi çəkisi isə 120,95 qramdır. Faktla bağla araşdırma aparılır.
Namiq
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










