Zibil pulu artacaq - Tarif Şurası təklif gözləyir

Bərk məişət tullantılarının idarə edilməsi xidmətlərinə görə tariflər təkmilləşdiriləcək. Avtosfer.az bakupost-a istinadən məlumatına görə, bu, “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb. Sənədə əsasən Tarif (Qiymət) Şurasına bu il sahə üzrə səmərəliliyin artırılması məqsədilə mərhələli şəkildə yeni tariflər tətbiq etmək tapşırılıb. Tarif (Qiymət) Şurasından bildirilib ki, müvafiq qurumlardan yeni tariflərlə bağlı təkliflər hələ daxil olmayıb. Qeyd edək ki, Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarına əsasən bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərini təsdiqləyib. Qərara əsasən, bərk məişət tullantılarının yığılması və daşınması əhali qrupunda 1 nəfər üçün aylıq 30 qəpik müəyyən olunub. Qeyri-əhali qrupunda bərk məişət tullantılarının yığılması və daşınması 1 kubmetr üçün aylıq 10 manat, 1 ton üçün 45 manat 50 qəpikdir. Bərk məişət tullantılarının zərərsizləşdirilməsi isə 1 kubmetr üçün 1 manat 20 qəpik, 1 ton üçün 5 manat 50 qəpikdir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












