Zığda sürüşən yol tikililər üçün nə qədər təhlükəlidir? - VİDEO

Zığ şosesində baş verən sürüşmə prosesi ətrafdakı yaşayış və ictimai iaşə obyektlərinə təhlükə törətmir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. P.İmanovun sözlərinə görə, həmin ərazi Xətai RİH tərəfindən nəzarətdə saxlanılır: “Sonuncu yağıntılardan sonra vaxtilə yol tikintisi üçün oraya tökülən torpaq qatı su ilə qarışaraq daha da ağırlaşıb, bu səbəbdən istinad divarlarına da ziyan dəyib. Hazırda həmin torpaq qatının üçdə bir hissəsi götürülüb, yolun səviyyəsi daha dayanıqlı olan torpağa qədər endirilib, üstü qazonla ortülüb. Sürüşmə baş verən yerdə yaşayış və ictimai iaşə obyektlərinə zərər dəyə bilməz. Çünki həmin tikililər hadisə yerindən uzaqdadırlar”. P.İmanov ərazidəki istinad divarlarının yenisi ilə əvəzlənəcəyini deyib: “Bu istiqamətdə mütəxəssislər tərəfindən hesablama aparılır. Hesablama tam bitdikdən sonra yeni istinad divarları tikiləcək”. RİH-in digər əməkdaşı isə Trend-ə bildirib ki, torpaq qatını möhkəmləndirmək üçün gələcəkdə sürüşmə olan ərazidə iki sıra ağac əkiləcək. Qeyd edək ki, Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib. Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












