"Ziyəddinin qabırğası müayinə üçün götürülüb" - Rusiyadan absurd AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində öldürdüyü Səfərov Ziyəddinin meyiti müayinə edilib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov ekspertiziyanın nəticələri ilə bağlı danışarkən bildirib ki, Z.Səfərovun qabırğasının biri olmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya tibb dairələrindəki mənbə yerli KİV-ə açıqlayıb. O, Ziyəddinin qabırğasının histoloji müayinə üçün götürüldüyünü deyib: "Ziyəddinin qabırğasının bir hissəsi histoloji müayinə üçün götürülüb. Bu, standart tibbi prosedurdur, müəyyən toxuma və ya orqan parçaları götürülür və bunu bütün patoloqlar bilir. Qəribədir ki, bu, mediada normadan kənara çıxıb, sanki dəhşətli bir hadisə baş verib və kimsə bu qabırğanı oğurlayıb. Bu, tamamilə cəfəngiyyatdır. Hüseyndəki vəziyyətlə bağlı da bu, adi vəziyyətdir. Ürək masajı zamanı sinə kompressiyaları aparıldıqda, qabırğalar tez-tez belə qırılır - bu, ölümə səbəb ola bilməz".
Xatırladaq ki, baş direktor Ədalət Həsənov Rusiya tərəfinin belə bir bəyanatla çıxış edəcəyi ehtimalını dünən açıqlamışdı: "Meyitin müayinəsi əsasında onlar ölüm haqqında tibbi şəhadətnaməni yazıblar. Bir dəfə məhkəmə ekspertizasında müayinə edilmiş meyitin ikinci dəfə müayinəsi çox çətindir. “Çünki meyit müayinə olunub, bütün orqanları kəsilib və təhlil edilib. Biz şübhələnirdik ki, zədələnmiş orqanlar kəsilib götürüləcək. Soruşanda isə, deyiləcək ki, müayinə üçün götürmüşük".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












