10 aylıq körpəyə etinasız yanaşmaya görə həkimə töhmət verildi - RƏSMİ

10 aylıq körpə ilə bağlı daxil olan şikayət üzrə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə aparılıb, hadisənin bütün tərəfləri dinlənilib və araşdırma həyata keçirilib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, araşdırmanın nəticəsinə əsasən müəyyən edilib ki, Təcili tibbi yardım şöbəsinin həkimi Xəlilova Məqbulə Hilal qızı tərəfindən ilkin mərhələdə düzgün yanaşma nümayiş etdirilməyib, həkim-pasiyent münasibətlərinə və etik davranış qaydalarına zidd hallara yol verilib:
"Bu səbəbdən Tibbi Şuranın qərarı ilə həkim Xəlilova Məqbulə Hilal qızına töhmət verilib.
Xəstəxana rəhbərliyi olaraq baş verən hadisə ilə bağlı vətəndaşın yaşadığı narahatlığı anlayır, gələcəkdə bu cür halların qarşısının alınması üçün nəzarət və daxili intizam mexanizmlərinin daha da gücləndiriləcəyini bildiririk".
Qeyd edək ki, Mingəçevir şəhərində 34 dərəcə aşağı hərarətlə Şəhər Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə gətirilən 10 aylıq körpəyə ilkin müdaxilə olunmayıb.
Almaniyadan gələn Bənövşə adlı qadın Məqbulə Xəlilova adlı həkimin onun 10 aylıq qızını Azərbaycan vətəndaşı olmadığını əsas gətirərək qəbul etmədiyini söyləyib. O, daha sonra özəl xəstəxanaya müraciət edib, amma təkrarən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gəlməyə məcbur olub. Xanım iddia edir ki, həkim pul qarşılığında tibb bacılarına aparatla müayinə üçün göstəriş verib, heç kimin onu işdən çıxara bilməyəcəyini deyib. O, etiraf edib ki, övladı ölümlə üz-üzə olduğu üçün həkimin ünvanına xoşagəlməz sözlər səsləndirib.
Xatırladaq ki, məsələni jurnalist Qənirə Ataşova ictimailəşdirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












