16 yaşlı qız zəhərlənib ÖLDÜ - YENİLƏNİB

"Qızım xalasıgilə qonaq getmişdi, elə oradan da evimizə acı xəbəri gəldi".
Avtosfer.az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Əzizov deyib.
Qeyd edək ki, Yevlax şəhərində, şəhid Hüseyn Cəbrayılov küçəsində yaşayan Əzizovlar ailəsinin dörd övladı var. Onların ikisi oğlan, ikisi isə qızdır.
Ata Xalid Əzizov dünyasını dəyişən qızı Mədinənin Yevlax şəhər 10 saylı tam orta məktəbinin şagirdi olduğunu və yeni tədris ilində 11-ci sinifdə təhsilini davam etdirəcəyini bildirib:
"Çox təəssüf ki, qızımın arzuları yarımçıq qaldı. Hələ də özümüzə gəlməmişik. Nəyin necə baş verdiyini tam anlaya bilməmişik. Tək bildiyimiz odur ki, dünyasını dəyişdiyi vaxt xalası evində qonaq olub. Çörək yeyib, badımcan bişirirlərmiş. Bir müddət sonra halı pisləşib və qaytarmağa başlayıb. Durumunun ciddiliyini görən doğmalarımız onu xəstəxanaya çatdırıblar. Amma ilkin müayinə zamanı övladımın yolda keçindiyi məlum olub. Müayinə və analizin yekunlarını gözləyirik ki, Mədinənin nədən, məhz hansı qidadan zəhərləndiyi bilinsin".
Xalid Əzizov həmçinin xəstəxanaya çatdırılma zamanı gecikmədən də danışıb:
"Ən azı yarım saatdan çox vaxt keçmişdi və bundan sonra qızımın xəstəxanaya aparılması vacib idi. Mağazadan alınan qida, eləcə də suxarik ağır zəhərlənməyə təsir etmiş ola bilərdi. Bu kimi suallara yalnız rəsmi rəy açıqlandıqdan sonra cavab tapa biləcəyik.
Fəhlə adamam. Ailəmi, övladlarımı dolandırmaq üçün bütün günü işləyirəm, çalışıram. Hadisə baş verən anlarda da işdə olmuşam. Hazırda o qədər üzgünəm ki, nəyin necə baş verdiyini anlamaqda belə çətinlik çəkirəm".
***12:14
Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir.
Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***11:41
Yevlaxda 16 yaşlı yeniyetmə zəhərlənərək ölüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yevlax şəhər sakini, 2010-cu il təvəllüdlü M. Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbi aparılacaq ekspertiza və araşdırmaların nəticəsindən sonra məlum olacaq.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO










