19 yaşlı Abdullayevi güllələyən yol polisi həbs olundu

Rusiyada azərbaycanlı gənci öldürən yol polisi həbs olunub. Avtosfer.az Lent.az-a istinadən bildirir ki, bu həbs qərarı azərbaycanlı gəncin ölümünə görə deyil, yol polisinin xidməti zamanı yol verdiyi başqa nöqsana görə verilib. Söhbət Rusiyanın Novosibirsk vilayətində xidmət edən yol polisi, baş leytenant Aleksandr Qusevdən gedir. Məlumata görə, aprelin 13-də Moşkov rayonunda DYP inspektorları Aleksandr Qusev və Vitaliy Baranov barəsində hökm çıxarılıb. Hər iki şəxs CM-nin 286-cı maddəsinin 3-cü hissəsinin “a, v, g, d” bəndləri üzrə (zorakılıq və silah tətbiq etməklə vəzifə səlahiyyətlərini aşmaqda) təqsirli bilinib. İş materiallarına görə, 2024-cü ilin iyul ayının sonlarında DYP ekipajı kənddə pitbayk sürən yeniyetmələri təqib edib. Məktəblilər polisin dayanmaq tələbinə tabe olmayaraq qaçmağa çalışıblar, lakin bir müddət sonra idarəetməni itirərək qəza törədiblər.
Hadisədən sonra polis əməkdaşları qəzanı rəsmiləşdirmək və zərərçəkənlərə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər. Məhkəmə Aleksandr Qusev və Vitaliy Baranova hər birinə 3 il müddətinə ümumi rejimli həbsxanada həbs cəzası təyin edib. Bundan əlavə, onlar 2 il müddətinə Rusiya Daxili İşlər Nazirliyi sistemində dövlət vəzifəsi tutmaq hüququndan məhrum ediliblər. Hər iki şəxs “polis baş leytenantı” xüsusi rütbəsindən də məhrum olunub. Hökm hələ qanuni qüvvəyə minməyib və apellyasiya şikayəti verilə bilər.
Qeyd edək ki, Aleksandr Qusevin adı daha rezonanslı hadisədə, 2021-ci il mayın 28-də 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin qətlində hallanıb. Belə ki, yol polisi azərbaycanlı gənclərin idarə etdiyi “Toyota” markalı avtomobili saxlamaq istəsə də, onlar tabe olmayıblar. Sonradan gənclər avtomobili saxlayaraq qaçıblar. Lakin yol polisləri onlardan 19 yaşlı Vəkili saxlamağa nail olublar. Bu zaman Vəkilin dostları geri dönərək onu xilas etməyə çalışıblar. Amma yol polisi Qusev Vəkilin başını xidməti avtomobilin kapotuna sıxıb və tapança ilə gicgahına atəş açıb. Xəstəxanaya yerləşdirilən oğlan orada ölüb. Lakin təəssüf ki, Rusiya məhkəməsi Vəkil Abdullayevin ölümünə görə Aleksandr Qusevi cəzalandırmayıb və ona bəraət verib. Qusev yalnız qəza törədən rusiyalı yeniyetmələrə kömək etmədiyi üçün 2024-cü ilin sentyabr ayında işdən kənarlaşdırılıb və nəticədə azadlıqdan məhrum edilib.

Xeyriyyə fonduna pul köçürməkdən imtina edən şəxsin bahalı maşını yandırıldı - FOTO
Bakıda təhlükə saçan piyadaya sürücü sərt reaksiya verdi - VİDEO
Bulvar ərazisi yenə satılır: Ağacları kəsib obyektə çevirirlər - VİDEO
Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı - VİDEO - YENİLƏNİB
Zığdakı zavodun Xəzəri çirkləndiyi iddia edildi; qurum hərəkətə keçdi - RƏSMİ - VİDEO - YENİLƏNİB
“Yango” 100 milyon cərimələndi – RUSİYAYA MƏLUMAT ÖTÜRÜR
Prospektdə təhlükə: Gənc oğlan maşınların arasından qaçaraq yolu keçdi - VİDEO
Lökbatandakı yanğına 2 helikopter cəlb olundu - FOTO - VİDEO - YENİLƏNİB
Bakıda yanan anbar məşhur şirkətin imiş - FOTOLAR
Bakıda faciəvi yol qəzası BAŞ VERİB - ÖLƏN VAR - YENİLƏNİB
Valideynlər uşağı yola buraxdı; sürücü qəzadan belə qurtuldu - VİDEO









