25 yaşlı müəllimə qaçırıldı, məcburi videoya çəkildi - TƏFƏRRÜAT

Bərdə rayonunda 25 yaşlı müəllimə evlənmək məqsədi ilə oğurlanıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Mehdili kəndində baş verib. Kənd sakini Mirqismət Əliyev (ad və soyad şərtidir) kənddə orta məktəbdə müəllimi işləyən 2000-ci il təvəllüdlü B.G-ni sevsə də, qızın ailəsi onların ailə qurmasına icazə verməyib. Valideynlərini bir neçə dəfə elçi göndərən Mirqismət hər dəfə rədd cavabı alandan sonra qızı qaçırmağa qərar verib. O, əmisi oğlu ilə danışaraq, qızı orta məktəbə gedəndə qaçırmağı planlaşdırıb.
Növbəti gün Mirqismət əmisi oğlunun avtomobili ilə qızın dərsə gedəcəyi istiqamətə gedərək avtomobili bir az kənarda saxlayıb, qızın gedəcəyi avtobusa miniblər. Dayanacaqda avtobus saxlayıb, qız avtobusa minmək istəyəndə onlar B.G-ni tutaraq öz avtomobillərinə əyləşdirib və Ağdam rayonundakı qohumlarından birinin evinə aparıblar. Onlar həmin evdə qıza təzyiq edərək, razılıq ərizəsi yazdırıb və onu videomüraciət çəkməyə vadar ediblər. Qız təzyiq altında çəkilən videomüraciətdə Mirqisməti sevdiyini və onunla öz istəyi ilə qaçdığını bildirib.
Həmin video B.G-nin valideynlərinə göndərilsə də, valideynləri polisə müraciət edərək, övladlarının oğurlandığını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla qızın yeri müəyyən edilib və o, ailəsinə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən Mirqismət və onun əmisi oğlu isə saxlanılıb.
Hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qaçırılan qız həqiqətən də oğurlandığını etiraf edib və təzyiq altında ifadə verdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum edilib. Məhkəmə hər iki şəxsə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, onların cəzasını şərti hesab edib və hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












