“28 May”da avtobus qadını vurdu - VİDEO - YENİLƏNİB

Sentyabrın 16-da saat 17 radələrində metronun “28 May” stansiyasının qarşısındakı nəqliyyatı mübadilə mərkəzində bədbəxt hadisə baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Bakubus” MMC-yə məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa qəfil çıxan qadını vurub.
Ağır xəsarət alan qadın xəstəxanaya aparılıb. Məlum olub ki, xəsarət alan şəxs 1976-cı il təvəllüdlü Ləman Qarayevadır.
Faktla bağlı araşdırma aparılır.
***10:11
TƏBİB-dən bildirilib ki, ötən gün saat 16:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisindən təcili çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə ilkin tibbi yardım göstərilib və müştərək travmalarla Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisənin görüntülərini yayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












