42 yaşlı general görün kimin oğlu imiş - Həm də Baş İdarə rəisidir - FOTO

Dövlət Sərhəd Xidmətinin general-mayoru Nəsib Mirzəyevlə bağlı maraqlı fakt ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, Nəsib Mirzəyevin atası Tahir Mirzəyev də zabit olub və sərhəd xidmətində çalışıb. Beləliklə, Nəsib Mirzəyevin sərhədçi kimi seçdiyi peşənin ailə ənənəsi ilə də bağlı olduğu bildirilir.
Nəsib Tahir oğlu Mirzəyev 29 noyabr 1983-cü ildə Cəlilabad rayonunun Ləkin kəndində anadan olub. O, uzun illər Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət edib.
General-mayor rütbəsi almamışdan əvvəl DSX-nin Çevik Hərəkət briqadasının komandiri vəzifəsində çalışıb. 2024-cü il avqustun 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.
Nəsib Mirzəyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlər zamanı göstərdiyi xidmətlərə görə bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb.
Onun təltifləri arasında “Zəfər” ordeni, II dərəcəli “Vətənə xidmətə görə” ordeni, III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medalı, “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları var.
2026-cı ilin yanvarında Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi vəzifəsinə təyin olunub./Bakıvaxtı.az/

Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












