51 yaşlı qadın gözəllik salonunda öldü - YENİLƏNİB

Biləsuvar rayonunda 51 yaşlı qadının ölümü ilə bağlı təfərrüat məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü İlhamə Məmmədova sahibkar imiş.
O, həmin gözəllik salonunu uzun müddətdir icarəyə götürmüşdü. Məlumata görə, qadın bir neçə gün əvvəl işçilərinə özünü yaxşı hiss etmədiyini, arabir ağrıları olduğunu deyib.
Dünən isə günorta saatlarında o, iş yerində olarkən işçilərə yenidən ağrı hiss etdiyini deyib. Günün ikinci yarısında qadının halı qəfil pisləşib və o yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə qədər qadın dünyasını dəyişib.
***17:11
Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.
Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədova İlhamə Ümüdvar qızı çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.
İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.
Faktla bağlı araşdırma aparılır./unikal
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












