600 vətəndaş interpol tərəfindən axtarışa verilib

Maliyyə fırıldağından tutmuş uşaq oğurluğuna qədər müxtəlif cinayətlərdə şübhəli bilinən 600-ə yaxın İsveç vətəndaşı “qırmızı vərəqə” ilə EUROPOL və INTERPOL tərəfindən axtarışa verilib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, axtarışda olanların altıda birinin cinayət əməli mütəşəkkil cinayətkarlıqla bağlıdır.
Polis Departamenti Milli Əməliyyatlar Direktorluğunun rəhbəri Hokan Vallın sözlərinə görə, polisin beynəlxalq axtarışa başlaması üçün bir şəxs cinayət törətməkdə əsaslı şəkildə şübhəli bilinməli və ya müstəntiqlərin uzun müddət istintaq aparmasını tələb edən qiyabi həbs qərarı olmalıdır. Yəni, xaricdə gizlənən cinayətkarların sayı artıq barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərdən xeyli çoxdur.
İsveç polisinin məlumatına görə, hər həftə axtarışda olan ən azı bir isveçli tapılır. Lakin bu, heç də həmişə onların İsveçə ekstradisiya ediləcəyi demək deyil, çünki saxlandıqları ölkənin vətəndaşlığı onlara güclü hüquqi müdafiə təmin edir. Vall bu vəziyyəti belə izah edir:
“Bu, olduqca təbiidir. Biz İsveçdə də öz vətəndaşlarımızı çox diqqətli araşdırma aparmadan üçüncü ölkələrə ekstradisiya etmirik”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












