“7 gündür suyun içindəyik...” - VİDEO - YENİLƏNİB

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Nərimanov rayonu, Keşlə Yük Stansiyası küçəsində tullantı su xətləri əhali tərəfindən primitiv üsulla çəkilib. Bu səbəblə intensiv yağışlar zamanı tikinti normalarının gözlənilmədiyi ərazilərdə kanalizasiya təchizatında tutulmalar müşahidə edilə bilir: “Həmçinin evlərin pərakəndə yerləşməsi, ərazinin tikinti meydançası olması da əraziyə lazımi texnikanın cəlb edilməsinə əngəl yaradır. Lakin bütün bunlara baxmayaraq, xətdə tutulma qeydə alındıqda əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilir və tullantı su xətlərinin fəaliyyətinin bərpası istiqamətində işlər görülür. Məhz elə 2 gün öncə də ünvanda yığılan yağış suları briqada tərəfindən ərazidən kənarlaşdırılaraq kollektorlar vasitəsilə təmizlənib”.
***10:48
Nərimanov rayonu Keşlə Yük Stansiyası küçəsində sakinlərin üzləşdiyi kanalizasiya problemi həftələrdir davam edir.
Avtosfer.az xəbər verir ki, İTV-yə müraciət edən sakinlər binaların zirzəmilərinə dolan çirkab suların ətrafa kəskin qoxu yaydığını, yaranan nəmişliyin isə evlərdə yaşayışı çətinləşdirdiyini bildiriblər.
“7 gündür suyun içindəyik, zirzəmilər dolub. Hamam-tualet və mətbəxim həyətdədir, hamısı su ilə dolub. Bütün əşyalarım suyun içindədir”, - şikayətçi Sevinc Məmmədova bildirib.
Digər sakinlərdən Tərlan Zalova düşdükləri vəziyyətlə bağlı tədbir görülməsini tələb edib: “Nə vaxta qədər belə olacağıq? Yağış kəsir, camatın vəziyyəti düzəlir, yağış yağanda yenə eyni vəziyyət. Kanalizasiya dolub, kimə deyirik, gəlib baxmırlar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində tutulma baş verib: “Əraziyə Xətai Su Kanalı İdarəsinin briqadası cəlb edilib. Xəttin açılması istiqamətində işlər görülür. Bununla belə sakinlər problemin qısa müddətdə tam həllini gözləyirlər. Kanalizasiya probleminin nə vaxt aradan qaldırılacağı isə hələlik məlum deyil”.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












