7 uşaqlı atanın 9325 manat aliment borcu yığıldı - Həbs edildi

Sabirabadda 10 ilə yaxındır boşansa da, keçmiş arvadı ilə qalan övladlarına aliment ödəməyən kişi həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Axtaçı kənd sakini 1984-cü il təvəllüdlü R.Baxışov Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarının qəsdən icra edilməməsi) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalarla müəyyən edilib ki, R.Baxışov 2009-cu ildə evlənib. Bu izdivacdan 2009 və 2010-cu il təvəllüdlü övladları dünyaya gəlib. Lakin nikah 2013-cü ildə pozulub. Bundan sonra uşaqlar anası ilə qalıb və məhkəmə qətnaməsi ilə onların saxlanmasına görə anaya 160 manat aliment verilməsi qərara alınıb. Lakin geridə qalan müddətdə R.Baxışov aliment ödəməkdən boyun qaçırıb və onun 9325 manat aliment borcu yığılıb. O, həmçinin yenidən evlənib. Bu nikahdan isə 5 övladı doğulub.
R.Baxışov keçmiş arvadının şikayəti əsasında daha əvvəl 10 günlük inzibati həbs edilib. Bundan başqa, aliment ödəmədiyinə görə əlavə 500 manat cərimələnib. Lakin R.Baxışov buna baxmayaraq yenə də ödəniş etməyib.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə bu dəfə ona 8 ay həbs cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












