7 yaşlı uşağı qaçıraraq öldürən sürücü ilə bağlı qərar - Bu ölkədə

ABŞ-də 7 yaşlı Afina Strandın qaçırılıb öldürülməsi ilə bağlı məhkəmə işi üzrə hökm açıqlanıb. Avtosfer.az Ajans.az-a istinadən xəbər verir ki, kiçik qızı evinin qarşısından qaçıraraq qətlə yetirdiyini etiraf edən Tanner Horner ölümcül iynə ilə edam cəzasına məhkum edilib. Məhkəmə zamanı təqdim olunan səs yazıları zalda ağır emosional anlar yaşadıb. Yazılarda Hornerin balaca qıza paltarlarını çıxarmağı dediyi, ona “Sən həqiqətən çox gözəlsən” söylədiyi eşidilib. Afina isə dəfələrlə “yox” deyərək anasını çağırıb. Prokurorluq bildirib ki, səs yazılarında daha sonra ağlama, qışqırıq və zərbə səsləri eşidilir. İstintaq materiallarına görə, həmin anlardan sonra kiçik qız öldürülüb. Münsiflər heyəti səsləndirilən sübutlardan sonra göz yaşlarını saxlaya bilməyib. Təxminən üç saat davam edən müşavirədən sonra Tanner Hornerin ölümcül iynə ilə edam edilməsinə qərar verilib. Hadisə ABŞ ictimaiyyətində böyük rezonans doğurub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












