75 bıçaq zərbəsi ilə öldürülən Arzunun qətlinin - Təfərrüatı

Türkiyənin Bursa şəhərində rusəsilli, 20 yaşlı Arzu Xəlilovanın 75 bıçaq zərbəsi ilə qətlə yetirilməsi ilə bağlı təfərrüat üzə çıxıb.
Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, Arzu Xəlilova birlikdə yaşadığı Azərbaycan əsilli Salican Mehmet tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı istintaq başlanılıb.
Hadisə oktyabrın 3-də Yıldırım rayonunda yerləşən mənzildə, saat 15:00 radələrində baş verib. İlkin məlumatlara görə, cütlük arasında mübahisə yaranıb və mübahisə zamanı Salican Mehmet mətbəxdən götürdüyü bıçaqla Arzu Xəlilovaya hücum edib.
Evdən gələn səs-küyü eşidən qonşular hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Salican Mehmeti əlində bıçaqla saxlayıblar.
Təcili tibbi yardım əməkdaşları Arzu Xəlilovanı ağır vəziyyətdə Yüksək İxtisas Təlim və Araşdırma Xəstəxanasına çatdırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.
Tibbi ekspertizanın ilkin nəticələrinə əsasən, Xəlilovanın bədənində 75 bıçaq yarası aşkarlanıb.
İstintaq zamanı Salican Mehmet ifadə verərək, qətli törətdiyini etiraf edib. Onun sözlərinə görə, mübahisə zamanı qadın “alış-verişə gedirəm, uşaqlara bax” dediyi üçün əsəbiləşib və bu səbəbdən bıçaqla hücum edib.
Cütlüyün 3,5 və 2 yaşlarında iki qızı olduğu bildirilib.
Araşdırmalar zamanı məlum olub ki, Salican Mehmet əvvəllər dəfələrlə məhkum olunub. Onun barəsində qəsdən xəsarət yetirmə, narkotik vasitələrin saxlanması və odlu silah qanunlarını pozma maddələri üzrə səkkiz cinayət qeydi mövcuddur.
Bundan əlavə, Mehmetin öldürdüyü qadına qarşı cinsi təcavüz ittihamı ilə də istintaqa cəlb edildiyi bildirilir.
Hadisə ilə bağlı Bursa Prokurorluğu tərəfindən cinayət işi açılıb. Qətlin ailə-məişət zorakılığı zəminində baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma davam etdirilir.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












