ABŞ-də kuryoz hadisə: it tüfənglə adam vurdu - FOTO

ABŞ-də it ov tüfəngi ilə bir nəfəri güllələyib. Avtosfer.a Ölkə.az-a istinadla xəbər verir ki, hadisə Nebraska ştatında yaşanıb. Belə ki, "Scottsbluff" qəsəbəsində bir marketin önündə silahlı insident yaşanıb. Hadisə yerinə gələn polis qruplaşması ov tüfəngindən açılan atəş nəticəsində bir qadının yaralandığını aşkarlayıb. Bildirilib ki, güllə yük maşınının sərnişin qapısı olan hissədən atılıb.
Araşdırmalar zamanı polis müəyyən edib ki, yük maşınının sürücüsü marketə olarkən başqa bir nəfər sərnişin qapısının yaxınlığında dayanıb. Həmin an nəqliyyat vasitəsinin arxa hissəsində olan it bir tərəfdən digər tərəfə tullanıb. Adı və cinsi açıqlanmayan itin hərəkəti ilə içərisi dolu olan tüfəngdən atəş açılıb. Hadisə nəticəsində yaralanan qadın xəstəxanaya yerləşdirilib. Nebraska polisi qanunlara əsasən nəqliyyat vasitəsində dolu ov tüfənginin olmasının qanunsuz olduğunu açıqlayıb. Araşdırmalar davam edir.

Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












