Abşeronda 35 yaşlı kişini qətlə yetirən şəxsə hökm oxunub

Abşeronda 35 yaşlı kişinin boğazını kəsməklə qətlə yetirməkdə təqsirləndirilən İlkin Novruzovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İlkin Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə mayın 16-da Abşeron rayonunun Xırdalan şəhərində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin boğazı kəsilərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İlkin Novruzov saxlanılıb. İddialara görə, qətl hadisəsinin baş verməsinə səbəb 8 manat borc üstündə başlayan mübahisə olub. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb. İlkin Novruzova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












