Ad gününə getmək üçün taksiyə minən qadının başına iş gəldi

Quldurluq cinayətində təqsirləndirilən 1991-ci il təvəllüdlü Ramil Cəfərova hökm oxunub. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq - Silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Ramilə 8 il 6 ay həbs cəzası verilib.
Bildirilib ki, hadisə Bakı-Sumqayıt magistralının Ceyranbatandan keçən hissəsində qeydə alınıb. Hadisə baş verən gün Aytən adlı qadın ad günü məclisinə getmək üçün metronun 20 Yanvar stansiyası yaxınlığında taksiyə əyləşib. “Manatlıq taksi” kimi fəaliyyət göstərən Ramil icarəyə götürdüyü avtomobilə daha 3 sərnişini də götürüb. O həmin şəxsləri düşürdükdən sonra Aytənin üstünə bıçaq çəkib və üzərindəki 600 manat pulu və telefonu quldurluq yolu ilə talayıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil saxlanılaraq istintaqa təhvil verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












