Adam bıçaqladı, "məni süni intellektlə idarə edirlər" dedi - Bakıda qəribə olay

Bakıda avtomobil təkərlərinin deşilməsi üstündə başlayan mübahisə ağır cinayətlə nəticələnib.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı mühakimə olunan şəxs məhkəmədə verdiyi ifadədə onu "süni intellekt vasitəsilə idarə etdiklərini" iddia edib.
İttihama görə, hadisə 2025-ci ilin iyul ayında gecə saatlarında paytaxtın yaşayış massivlərindən birində baş verib. Təqsirləndirilən şəxs park edilmiş avtomobilin təkərlərini deşərkən bunu görən və ona irad bildirən şəxslə mübahisə edib.
İstintaq materiallarında göstərilir ki, mübahisə zamanı təqsirləndirilən şəxs üzərində gəzdirdiyi mətbəx bıçağı ilə zərərçəkmişə iki zərbə endirib. Nəticədə zərərçəkən döş qəfəsinin plevra boşluğuna nüfuz edən, ağciyər və diafraqmanın zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır bədən xəsarətləri alıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O bildirib ki, hadisənin iştirakçısı olmayıb, sadəcə şahid qismində orada olub.
Onun məhkəmədə səsləndirdiyi ən diqqətçəkən fikir isə belə olub: "Məni süni intellekt vasitəsilə kənardan idarə edirlər".
Təqsirləndirilən şəxs həmçinin hadisə yerində tərəflər arasında baş verənləri gördüyünü, lakin bıçaqlanma hadisəsini törətmədiyini iddia edib.
Zərərçəkmiş şəxs isə məhkəmədə tam fərqli ifadə verib. O bildirib ki, yaşadığı binanın qarşısında qonşusuna məxsus avtomobilin təkərlərinin deşildiyini görüb və buna etiraz edib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə hadisə yerindən uzaqlaşıb, daha sonra binanın arxa hissəsində yenidən qarşılaşdıqları zaman əlindəki bıçaqla ona hücum edib.
Zərərçəkmiş bildirib ki, qaçmağa çalışarkən yıxılıb və həmin anda təqsirləndirilən şəxs onun üstünə çıxaraq ard-arda bıçaq zərbələri endirib.
Hadisənin şahidi də məhkəmədə verdiyi ifadədə zərərçəkmişin dediklərini təsdiqləyib. Şahid bildirib ki, avtomobilinin təkərlərinin deşildiyini gördükdən sonra qonşusu ilə birlikdə təqsirləndirilən şəxsin yanına gedib və mübahisə zamanı onun əlində bıçaq olduğunu müşahidə edib.
Məhkəmə təqdim olunan sübutları, şahid ifadələrini və ekspertiza rəylərini araşdırdıqdan sonra təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə - xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO










