Ağcabədidə maye qazdoldurma məntəqəsində baş verən yanğında xəsarət alan şəxs öldü

Ağcabədidə partlayış zamanı ağır xəsarət alan şəxs ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə avqustun 21-də rayonun Avaşar kəndi ərazisində yerləşən maye qaz doldurma məntəqəsində qeydə alınıb.
Partlayış zamanı ağır yanıq xəsarəti alan 1979-cu il təvəllüdlü Ruslan Qurbanov xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 21 avqust saat 19:30 radələrində 1 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif növ yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmətlər göstərildikdən sonra daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxsə bədənin 85 %-nin II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Aparılan bütün tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq avqustun 27-si saat 15:00-da ölüm faktı qeydə alınıb”.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












