Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi

“Buta” apteklər şəbəkəsi cərimələnib.
Avtosfer.az xəbər verir ki, buna vətəndaş şikayəti səbəb olub.
"Xitab24.az"ın məlumatına görə, Biləsuvar rayon sakini İmanzadə Gündüz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi elektron poçt ünvanına şikayət ünvanlayaraq, şəhərin H.Əliyev küçəsində yerləşən “Buta” aptek tərəfindən “Zintox N20” adlı qida əlavəsinin ona qablaşdırmanın üzərində qiymətinin 25 manat 90 qəpik qeyd edilməsinə baxmayaraq, həmin məhsulun 26 manat 10 qəpiyə satıldığını bildirib və satış qəbzinin, habelə dərman əlavəsinin qablaşdırılmasının fotolarını dövlət qurumuna təqdim edib.
Araşdırma nəticəsində fakt təsdiqini tapıb. Nəticədə şirkətin işçisinin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin tərkibinin olması müəyyən edilib və buna görə də sonuncu barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Biləsuvar rayon məhkəməsinin qərarına əsasən, “Buta” apteklər şəbəkəsi 4000 manat cərimələnib.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












