Ağstafada xəstəxana işçisini necə aldadıblar? - 4500 manatlıq dələduzluq

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təsərrüfat bacısı dələduzluğa məruz qalıb.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Kamilə Alıyeva (şərti) qızını işə düzəltdirmək istəyib. Şəkər xəstəsi olan və bu baxımdan vaxtaşırı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına dərman almağa gələn R.Qəniyev adlı şəxs bu məsələdə ona yardım edəcəyini deyib. Həmin şəxs Kamilə Alıyevaya qızını Ağstafada fəaliyyət göstərən uşaq bağçalarından birinə müəllim vəzifəsinə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə təsərrüfat bacısından 4500 manat alıb.
Kamilə Alıyeva sonradan aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. R. Qəniyev saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Ağstafa Rayon Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı R.Qəniyev verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, Kamilə Alıyıyedan qızını işə düzəltmək adı ilə pul almayıb. Sadəcə zərərçəkmiş vasitəsi ilə nisyə ət alıb. Borcunun da çox hissəsini ödəyib. Hazırda zərərçəkmişə 300 manat borcu qalıb.
Qarşı tərəf isə R.Qəniyevin ifadəsinin əksinə olaraq onun dələduzluq etdiyini bildirib.
Məhkəmə R.Qəniyevi 178.1-ci maddədə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilsə də, məsuliyyətə cəlbetmə müddəti ötdüyü üçün ona cəza təyin edilməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












