Ailə üzvləri dəm qazından zəhərləndi - Ata öldü, 5 övladı xəstəxanalıq oldu - YENİLƏNİB

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı yeddiyə çatıb, onlardan beşi azyaşlıdır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva məlumat verib. O deyib ki, xəstəxanaya daxil olarkən azyaşlıların vəziyyəti çox ağır qiymətləndirilib.
P.Əliyeva bildirib ki, onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər:
"Hazırda uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir və müalicələri Reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir".
Mərkəzin baş həkimi əlavə edib ki, uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35-40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan iki nəfər vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb.
"Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir. İlkin ehtimallara görə, hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib", - deyə baş həkim bildirib.
***13:20
Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.
Belə ki, Ordubad rayonu Aşağı Əylis kənd sakini 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dəm qazından boğularaq həyatını itirib.
Onun övladları - 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər.
Onlar Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












