Altı aylıq uşaq infarktdan öldü - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzi (STM) 6 aylıq körpənin ölüm səbəbini açıqlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, mərkəzdən verilən məlumata görə, avqustun 1-də saat 4:20-də STM-in Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü (kişi cinsli) körpə hospitalizasiya olunub.
Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozları təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olan körpə həkimlərin səylərinə baxmayaraq, avqustun 2-də saat 14:30-da beyin ödəmi səbəbindən ölüb.
***11:36
Sumqayıtda körpə vəfat edib.
Avtosfer.az xəbər verir ki, hadisə avqustun 2-si saat 17 radələrində şəhərin 10-cu məhəlləsində yerləşən Sumqayıt Şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.
Sumqayıt şəhər sakini 07.02.2025-ci il təvəllüdlü Alparslan Elməddin oğlu Cəfərli xəstəxanada infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












