Alyaskada ABŞ hərbi helikopteri qəzaya uğradı
Hadisə
23 İyun 2026 14:39

ABŞ Sahil Mühafizəsinə məxsus helikopter Alyaska ştatında, Sitka şəhəri yaxınlığında qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, qəzaya uğrayan "MH-60 Jayhawk" tipli helikopterin olduğu əraziyə axtarış-xilasetmə qrupları və digər fövqəladə xidmətlər göndərilib.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. ABŞ Sahil Mühafizəsi bildirib ki, hazırda əsas prioritet ekipaj üzvlərinin tapılması, xilas edilməsi və təhlükəsizliyinin təmin olunmasıdır.
Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatı başa çatdıqdan sonra qəzanın bütün detalları ilə bağlı geniş araşdırma aparılacaq.
Oxunub : 576
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:44
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
13 Noyabr 2026 15:18
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
13 Noyabr 2026 13:30
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
13 Noyabr 2026 11:11
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
13 Noyabr 2026 10:23
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
13 Noyabr 2026 09:36
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
12 Noyabr 2026 17:47
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
12 Noyabr 2026 14:06
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
12 Noyabr 2026 12:30
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
12 Noyabr 2026 11:36
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
10 Noyabr 2026 10:42
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
9 Noyabr 2026 23:30
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
ŞƏRH YAZ












