"Amerikada azərbaycanlıdan "Prius" aldım 3500 dollar ziyan etdim" - FOTO

Amerikada azərbaycanlıdan 2500 dollara "Toyota Prius" markalı avtomobil alan şəxs aldadılıb.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, o, avtomobili Araz adlı şəxsdən alıb və ilkin mərhələdə ona bir həftəlik zəmanət verilib. Lakin maşını götürən kimi problemlər ortaya çıxıb.
Onun sözlərinə görə, avtomobili təhvil aldıqdan dərhal sonra təkərlərdə problem yaranıb. Aparılan yoxlama zamanı disklərin yararsız olduğu məlum olub və hər bir disk 150 dollara, təkər isə 70 dollara dəyişdirilib.
Vətəndaş bildirib ki, üç gün keçməmiş avtomobil qızdırmağa başlayıb. Ustaya müraciət edil və 90 dollar ödəniş etsə də, problem aradan qalxmayıb. Daha sonra digər ustaya aparılan avtomobildə mühərrikin dəyişdirilməsinə ehtiyac olduğu bildirilib. Təmir zamanı radiatorun da dəyişdirilməsi zəruri olub və əlavə 300 dollar xərc çıxıb. Nəticədə ümumi təmir xərci 1843 dollar təşkil edib.
Məlumata görə, tərəflər arasında xərclərin ödənilməsi ilə bağlı razılaşma olsa da, vətəndaş bütün məbləğin geri qaytarılmasını istəmədiyini, yalnız yarısının ödənilməsinə razı olduğunu deyib.
Bir müddət sonra avtomobilin batareyası sıradan çıxıb və bunun üçün əlavə 400 dollar ödəyib.
Ən ciddi problem isə polis tərəfindən saxlanılarkən ortaya çıxıb. Bildirib ki, avtomobilin üzərində olan qeydiyyat stikerinin başqa nəqliyyat vasitəsinə aid olduğu müəyyən edilib. Polis avtomobilin qeydiyyatsız olduğunu bildirib.
Vətəndaş qeyd edib ki, bu hal nəticəsində polis onun saxtakarlıq etdiyini əsas gətirərək həbs edə bilərdi. Onun sözlərinə görə, bütün xərclər nəzərə alındıqda avtomobilə ümumilikdə 7 min dollar vəsait xərclənib.
Hazırda avtomobili satan şəxslə əlaqə saxlamağın mümkün olmadığı bildirib.
Vətəndaş başına gələnləri paylaşmaqda məqsədinin başqalarını xəbərdar etmək olduğunu deyib və xaricdə avtomobil alarkən daha diqqətli olmağın vacibliyini vurğulayıb.

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










