Ana və iki övladının ölümü ilə bağlı 11 nəfər saxlanılıb

İstanbulun Fatih bölgəsində ana və iki övladının şübhəli şəkildə həyatını itirməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan şübhəlilərin sayı 11-ə çatıb. Avtosfer.az xəbər verir ki, nəzarətə alınanlar arasında ailənin qaldığı hotelin və yemək yediyi restoranın sahibləri də var. Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində ailənin qaldığı hotel tamamilə boşaldılıb.
Qeyd edək ki, noyabrın 9-da Almaniyadan İstanbula gələrək Fatihdə bir hoteldə qalan Servet və Çiğdem Böcek ailəsi, uşaqları Kadir Muhammet və Masal ilə birlikdə noyabrın 12-də ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya yerləşdiriliblər. Uşaqların həyatını xilas etmək mümkün olmayıb. Noyabrın 14-də isə ana vəfat edib. Atanın müalicəsi davam etdirilir. Onlar şəhərin Beşiktaş rayonundakı bir restoranda yemək yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə Fatih rayonunda qaldıqları hoteldən xəstəxanaya aparılıblar. Bir ailənin 3 üzvü həyatını itirib. Ailənin olduğu hoteldə qalan daha iki turist də ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanada müalicəyə götürülmüşdü.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












