Anasını hoteldə öldürməkdə ittiham edilən yeniyetmə - “Məni həbs edin”

İki gün əvvəl anasını hoteldə qətlə yetirməkdə ittiham olunan yeniyetmə məhkəmə qarşısına çıxarılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 16 yaşlı A.Q barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Yeniyetmənin hüquqlarını müdafiə edən vəkil Nicat Mehtixanov müvəkkilinin yaşını nəzərə alaraq barəsində alternativ qətimkan tədbiri seçilməsini təklif etsə də, yeniyetmə özü hakimdən həbs edilməsini xahiş edib.
Müdafiəçi, həmçinin hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi iddialara da münasibət bildirib. Onun sözlərinə görə, baş verənlər ana ilə oğul arasında əvvəldən mövcud olan münaqişənin davamı olub: “Düzdür, hadisə geyimlə bağlı qısqanclıq mübahisəsi zəminində baş verib. Lakin iddia edildiyi kimi oğulun anasını əvvəldən təqib etməsi və digər deyilənlər həqiqətə uyğun deyil. Onlar elə həmin gün birlikdə Türkiyədən qayıdıblar. Günorta şəhərdə gəziblər, bazarlıq ediblər. Hotelə yerləşdikdən 1-2 saat sonra isə aralarında bir neçə il əvvəldən başlayan mübahisə yenidən davam edib. Nəticədə də sözügedən cinayət hadisəsi qeydə alınıb”.
N.Mehtixanov qətlin Binəqədi rayonunda yerləşən “Crossway” hotelində törədildiyini də təsdiq edib.
Qeyd edək ki, yeniyetmə ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir. Bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. Lakin qanunvericiliyə əsasən, 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzası təyin edilə bilməz.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












