Anasının adına açdığı hesabla qumar oynayıb 100 manat qazandı - 3 min cərimələndi

Zaqatala rayonunda qumar oyunlarında iştirak edən 27 yaşlı oğlan inzibati məsuliyyətə cəlb olunub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, Zaqatala rayon sakini, 1999-cu il təvəllüdlü Telman Vəliyev (ad-soyad şərti verilib - red.) mərc saytlarından birindən özünə və anasına məxsus telefon nömrələri ilə qeydiyyatdan keçib.
O, yaratdığı profillərdən qumar oynayıb, qazandığı qanunsuz pulları isə özünə məxsus bank kartından çıxarıb.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Müəyyən edilib ki, o, mərc saytlarından birində hesabdan 100 manat qazanc əldə edib.
Araşdırmalar zamanı məlum olub ki, o, daha əvvəldə bu yolla 15 min manat qazanc əldə edib.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat cərimə edilib. Onun qazanc kimi əldə etdiyi 100 manat isə müsadirə edilib.
Protokolda qeyd olunan 15 min manat qazanc isə sübuta yetirilməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












