Araz çayından üzüb Naçıvana keçdi - Həbs olundu

Türkiyədən Naxçıvana Araz çayı ilə üzüb keçən şəxs həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş D.F. barəsində Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, D.F. 6 dekabr 2024-cü ildə özünə məxsus ümumvətəndaş pasportundan istifadə etməklə "Sədərək" sərhəd nəzarəti şöbəsindən qanuni yolla dövlət sərhədini keçib və Türkiyənin İstanbul şəhərinə gedib.
İstanbuldə mebel sexində işləiyb, Türkiyədə qanunla icazə verilmiş müddətdən artıq yaşadığına görə deport olunacağından qorxduğu üçün dövlət sərhədini qaçaq yolla keçmək qərarına gəlib. O, Sədərək rayonu ərazisindən Araz çayını üzüb keçərək Azərbaycana gəlib. Amma Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
D.F. məhkəmənin hökmü ilə qəti olaraq 7 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












