Arvadını öldürdü, sonra isə... - Sumqayıtda dəhşət - FOTO - YENİLƏNİB

Sumqayıt şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsi, Cənub küçəsindəki nömrəsiz evdə baş verib.
1987-ci il təvəllüdlü İlkin Atakişiyev yaşadığı evə gələrək həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yeganə Atakişiyeva ilə mübahisə edib. Mübahisə nəticəsində İ.Atakişiyev əvvəlcə həyat yoldaşını döyüb. O, daha sonra mətbəx bıçağı ilə Y.Atakişiyevanın başını kəsib. Həyat yoldaşını qətlə yetirən İ.Atakişiyev daha sonra özünün boğazını kəsərək intihar edib.
Məlumata görə, hadisə ailənin 10 yaşlı övladının gözləri qarşısında törədilib.
İ.Atakişiyev yaşadığı evin həyətyanı sahəsində donuzçuluq təsərrüfatı ilə məşğul olurmuş. Həyat yoldaşı ilə birlikdə həmin təsərrüfatda işləməklə ailəsini dolandırırmış.
İlkin ehtimala görə, İ.Atakişiyev hadisəni törədərkən içkili vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
***09:30
Sentyabrın 16-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Avtosfer.az-a bildirilib ki, araşdırma zamanı 1987-ci il təvəllüdlü İlkin Atakişiyevin ailə münaqişəsi zəminində arvadı 1989-cu il təvəllüdlü Yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
***09:06
Sumqayıtda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.
Məlumata görə, İlkin Şakir oğlu Atakişiyev əvvəlcə həyat yoldaşı, 1991-ci il təvəllüdlü Yeganə Bəxtiyar qızı Atakişiyevanı, sonra isə özünü öldürüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
***
Sumayıtda qadın (ad və soyadı dəqiqləşdirilir-red) qətlə yetirilib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
Onu qətlə yetirməkdə əri şübhəli bilinir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB











