Astarada 55 yaşlı qadın öldürüldü - Gəlini saxlanıldı - YENİLƏNİB

İyulun 29-da gecə saatlarında Astaranın Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirildiyi məlum olub.
Avtosfer.az xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən, X.Manafovanın gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.
Qeyd edilib ki, hadisə ailə münaqişəsi nəticəsində baş verib. İlkin məlumatlara görə, mübahisə zamanı R.İmanova qayınanasını kəsici alətlə qətlə yetirib.
***09:36
Astara rayonunda qadın qətlə yetirilib.
Avtosfer.az xəbər verir ki, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.
Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












