Astarada qonşular arasında ilginc məhkəmə işi

Astara rayonunun Qəcimardə kəndində qonşusunun 10 mandarin ağacını yandıran şəxs cərimələnib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, həmin kənddə yaşayan Pənah Aslanov (şərti) öz həyətyanı torpaq sahəsində kol-kosu yandırdığı zaman, qonşusu Cəfər Abbasova (şərti) məxsus 10 ədəd mandarin ağacı da yanıb. Hadisəni bilmədən törətdiyini deyən Pənah Aslanov həyətindən 10 ədəd mandarin ağacını çıxardaraq iddiaçıya versə də, qonşusu onun təklifini qəbul etməyib. Əksinə, hüquq-mühafizə orqanlarına müraciət edərək, 25 il bundan öncə sitrus ağaclarının yanmasına görə ona cinayət işinin açılmasını istəyib. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edib. O, məhkəmədə Pənah Aslanovdan 5000 manat təzminat tələb edib. Məhkəmə isə cavabdehin 3220 manat məbləğində dəymiş ziyanın və 46 manat ödənilmiş dövlət rüsumununu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












