Ata-oğulun öldüyü hadisənin TƏFƏRRÜATI

Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində ata və oğlunun öldüyü hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin öldüyü hadisədə qaz sızmasının hamamdakı su qızdırıcısına (“ptiminutka”) görə baş verməsi dəqiqləşib.
Bildirilib ki, iyunun 7-nə keçən gecə Nəsimi rayonunun bir hissəsində içməli suyun verilməsində qısamüddətli fasilə olub. Bu səbəbdən onlar hamamda suyu açıq qoyublar ki, gələndə xəbər tuta bilsinlər. Su verilişi bərpa ediləndə hamamdakı su qızdırıcısı işə düşüb. Su verilişindəki qısamüddətli kəsintilər səbəbindən qızdırıcıdan qaz sızıntısı başlayıb və mənzilə dolub.
Hadisə zamanı Əbülfəz Abıyev və kiçik oğlu Kamran hamam yaxınlığındakı otaqda olduqlarından onlar yatdıqları yerdə qazdan zəhərlənərək ölüblər. Böyük oğlu Nurlan isə digər otaqda imiş.
İyunun 7-si saat 17 radələrində onlardan xəbər ala bilməyən yaxınları qapını açdırıblar və ata ilə 2 oğlunu huşsuz halda aşkar ediblər.
Həmçinin bildirilib ki, Əbülfəz Abıyevin allergiyası olduğundan pəncərələri bağlı saxlayıbmış.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Ə.Abıyev isə Avropa Azərbaycan Məktəbinin müəllimi imiş.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












