Atası cəsur döyüşçüdür, özü də hərbçi olmaq istəyirdi - Qəfil vəfat etdi - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin vəfat edən 11-ci sinif şagirdi Məzahir İslamov qazi övladıdır.
Avtosfer.az yenisabah.az-a istinadən xəbər verir ki, onun atası Qurbanəli İslamov 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitandır.
Q.İslamov 2020-ci il sentyabrın 27-də başlayan müharibədə ön cəbhədə aktiv döyüş əməliyyatlarında iştirak edib. O, Füzuli və Qubadlı istiqamətində gedən ağır döyüşlərdə rəşadətlə vuruşub və sol ayağını itirib.
Prezident İlham Əliyevin sərəncamları ilə Q.İslamov müharibə göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətə görə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Q.İslamov 2021-ci ilin aprelində Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə böyük məsləhətçi təyin edilib. O, 2022-ci ildən Suraxanı Rayon icra Hakimiyyəti başçısının Hövsan inzibati-ərazi dairəsi üzrə nümayəndəsidir.
Xatırladaq ki, kursant İslamov Məzahir Qurbanəli oğlu mayın 18-də səhər saatlarında qəfildən dünyasını dəyişib. Mərhum Bakıda dəfn olunub.




Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












