Atası Əkbəri manatlıq taksi ilə böyütmüşdü… - FOTO

Ötən gün Binəqədi rayonunda yerləşən “Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində faciəvi şəkildə həlak olanlardan biri də 2007-ci il təvəllüdlü Əkbər Anar oğlu Zeynalovdur.
Əkbər ailənin üç oğul övladından biridir.
Özündən böyük qardaşı hərbi xidməti yeni başa vuraraq evinə qayıdıb, kiçik qardaşının isə 11 yaşı var.
Əslən Bakıdan olan ailənin maddi imkanı çox zəifdir. Yaxınları əməkdaşımızla söhbətində bildirib ki, atası Anar uşaqları “manatlıq taksi” ilə böyüdüb.
Hadisə baş verən vaxt Əkbərin atası taksidə sükan arxasında olub. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
“Anası dünəndən donub qalıb, atası da balasına şokdan lay-lay deyirdi. Atası Əkbəri manatlıq taksi ilə, “20 Yanvar”a sərnişin daşımaqla böyütmüşdü. Əkbərin arzusu Amerikada oxumaq idi. Balaca qardaşı dünəndən Əkbərdən konfet gözləyir. Əkbər çox sakit, tərbiyəli, evə baxan uşaq idi. O qədər kasıb ailədir ki, yas çadırı qurmağa da imkanları yoxdur”, – mərhumun yaxınları deyib.
Məlumata görə, Əkbərin nənəsini də 36 yaşında elektrik cərəyanı vuraraq öldürüb.
Mərhum bu gün günorta saatlarında dəfn olunacaq.
Qeyd edək ki, hadisə nəticəsində Əkbər Zeynalovla yanaşı, 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev də həlak olub./teleqraf
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












